"Super güclər" dünyaya əzələ nümayiş etdirir: 10 min tonluq gəmi səhnədə -

ABŞ-ın müttəfiqləri ilə birgə Asiyanın cənub-şərq sahillərində fəallaşmasından sonra Rusiya və Çin birlikdə hərəkətə keçib.

Metbuat.az xəbər verir ki, “super güclər” Yapon dənizində birgə təlimlərə başlayıb. Diqqətlər isə Çinin 10 min tonluq Tip 055 adlı hərbi gəmisində olub. Maraqlıdır ki, bu gəmi ilk dəfədir xarici qüvvələrin iştirak etdiyi təlimlərə cəlb edilir.

Sualtı qayıqlar, helikopterlər, qırıcılar və digər gərbi texnikaların cəlb edildiyi təlimlərdə döyüş güllələrindən istifadə edilir. Məlumata görə, məqsəd təhdidlərə birgə cavab vermək qabiliyyətini yüksəltməkdir.

Qeyd edək ki, ABŞ, Böyük Britaniya, Avstraliya və Hindistanın birgə ittifaq qurması bölgədə vəziyyəti gərginləşdirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR