Türkiyədə erməni deputatın toxunulmazlığı ləğv edilə bilər:

Türkiyədə 4 millət vəkilinin toxunulmazlıq hüququnun ləğv edilməsi üçün parlamentə sənəd təqdim olunub.

Metbuat.az Türkiyə mediasına istinadən xəbər verir ki, petisiyaya çox sayda deputat imza atıb. Onlar Türkiyə Fəhlə Partiyasından Əhməd Şıkın, Cümhuriyyət Xalq Partiyasından Əli Mahir Başarın, Xalqların Demokratik Partiyasından erməni əsilli Karo Paylanın və Hüseyn Kaçmazın toxunulmazlığının ləğvini tələb edirlər.

Sənəd müzakirəyə çıxarılacaq. Qeyd edək ki, onlar hökumət və dövlət əleyhinə bəyanatlar səsləndirməkdə, PKK terrorçularına dəstək mesajları ilə seçilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR