Bakıda avtoritetin güllələnməsi ANBAAN kameralara düşdü -

2019-cu ildə törədilən cinayətin kamera görüntüləri tapılıb.

Metbuat.az lent.az-a istinadla xəbər verir ki, istintaq materiallarından məlum olur ki, öldürülən Mübariz Budaqlı ilə qətli törədən Taleh Cəlalovun arasında ədavət olub. Ədavət isə T. Cəlalovun həyat yoldaşının Tərtərin Seyidimli kəndində əxlaqsızlıq etməsi ilə bağlı yayılan iddialar səbəbindən meydana gəlib.

İndi isə əvvəlcə hadisə barədə qısa məlumat verək. 2019-cu il iyunun 7-də keçirilmiş baxış protokoluna əsasən, Azadlıq prospekti, 185 ünvanında "Mercedes” markalı avtomobilin qabaq sərnişin oturacağında vətəndaş Mübariz Budaqlının meyiti aşkar edilib.

Məlum olub ki, hadisə yerindən qaçmağa cəhd edən şəxs YPX əməkdaşları tərəfindən saxlanılıb və Binəqədi rayon Polis İdarəsinə təhvil verilib. Araşdırma zamanı, onun 1979-cu ildə Tərtər rayonunun Seydimli kəndində anadan olan Taleh Cəlalov olması müəyyən edilib. Həmin gün 1-ci Mədən qəsəbəsində yerləşən avtomobil təmiri sexində 16 kalibrli, lüləsi kəsilib qısaldılmış odlu silah götürülüb.

Qətl hadisəsi ilə əlaqədar Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Məhkəmə-tibb ekspertizasının rəyinə görə, Mübariz Budaqlıya atəş yaxın məsafədən açılıb. Onun ölümünə güllə nəticəsində beynin tam əzilib dağılması səbəb olub.

1984-cü il təvəllüdlü Vüsal Hüseynov və qardaşı 1983-cü il təvəllüdlü Səxavət Hüseynov iş üzrə təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunublar. Hadisədə iştirak edən Tərtər şəhər sakini 1985-ci il təvəllüdlü İmran Bəbirov oktyabrın 19-da həbs edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR