Gəncədə bitki və bitkiçilik məhsullarında zərərvericilər aşkarlanıb

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) respublika ərazisində karantin obyekti olan zərərli orqanizmlərin yayılmasının qarşısının alınması və mübarizə tədbirlərinin təşkili məqsədilə fitosanitar monitorinqləri davam etdirir.

AQTA-dan Metbuat.az-a verilən məlumata görə, növbəti belə monitorinq Agentliyin fitosanitar müfəttişləri tərəfindən Gəncə regional bölməsinin inzibati xidməti ərazisində yaşıllıq və parkların mövcüd vəziyyətinin qiymətləndirilməsi, xəstəlik və zərərvericilərə sirayətlənmə dərəcəsi, o cumlədən iri, orta və cavan gövdəli ağac, kol və gül bitkilərinin bioekoloji xüsusiyyətləri nəzərə alınmaqla qurumuş, yarı qurumuş şəkildə aşkar edildikdə onların quruma səbəblərini müəyyən etmək və operativ tədbirlərin görülməsi məqsədilə aparılıb.

Fitosanitar monitorinq nəticəsində dekorativ ağac, kol və gül bitkilərinin mövcüd vəziyyəti yerində təhlil edilərək bitki və bitkiçilik məhsullarına zərər verən karantin tətbiq edilən Avstraliya şırımlı yastıcası (İcerya purchasi Maskell), yaponiya mumlu yalançı çanaqlı yastıcası (Ceroplastes japonicus Green), əncir mumlu yalançı çanaqlı yastıcası (Ceroplastee rusci Linnaeus), digər zərərli orqanizmlərdən çanaqlı ilbizə, qızılgül yarpaq bükəni (Archips rosana L.), ziyankar bağacıq və mənənə ilə zəif sirayətlənmə aşkar edilib. Aşkar olunmuş hallarla bağlı müvafiq tədbirlər görülüb, həmçinin yaşıllıq və parklara aqrotexniki qaydada qulluq edən sahə aqronomu və texniki işçilərlə elmi-təcrübi fikir mübadiləsi aparılıb və maarifləndirici tövsiyələr verilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR