Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyi barəsində

“Vətən Müharibəsi Əlillərinə Kömək” İctimai Birliyi son günlər ölkə mediasında barələrində yazılan bəzi xəbər və informasiyaları təkzib edib.

Metbuat.az xəbər verir ki, Birlikdən Musavat.com-a göndərilən məlumatda aşağıdakılar qeyd edilib:

“Son günlər “Yeni Müsavat” qəzeti də daxil olmaqla bəzi xəbər saytlarında həqiqəti əks etdirməyən yazıların tirajlanması “Vətən Müharibəsi Əlillərinə Kömək” İctimai Birliyinin nüfuzuna qarayaxma kampaniyasının bir hissəsidir.
Bildirmək istəyirik ki, “Yeni Müsavat” qəzetində 13.10.2021-ci il tarixində çap edilmiş “Sahibkarları ölümcül döyən reyder dəstəsi ilə bağlı baş prokurorluğa ilginc müraciət” başlıqlı yazıda qeyd edilənlərin heç biri hüquqi əsası yoxdur.
Ona görə ki, yazıda adları çəkilən şəxslərin həmin vaxtda özünü birliyin sədr müavini kimi təqdim etməsi ilə bağlı məlumat doğru deyil. Bu yöndə yazılanlar əsasızdır.
Bir daha KİV-lərə bildiririk ki, İlyas Şamilov, Yusif Abdullayev “Vətən Müharibəsi Əlillərinə Kömək” İctimai birliyində hər hansı bir vəzifədə çalışmırlar.
Birliyin 2500-dən çox üzvü var. Üzvlüyə müraciət edən şəxslər barədə ciddi araşdırma aparılır. Dövlət tərəfindən statusunu təsdiq edən sənədlərin əsasında şəhid ailələrinin üzvləri, Qarabağ qazisi və veteranı olanlar üzvlüyə qəbul edilir.

“Vətən Müharibəsi Əlillərinə Kömək” İctimai Birliyinin sədri Qurban Məmmədovla bağlı “Yeni Müsavat”ın ötən sayında dərc edilmiş fikirlərə cavab olaraq bildiririk ki, birinci Qarabağ müharibəsi qazisi Qurban Məmmədovun şəxsi həyatı ilə bağlı fakta, qanuna söykənməyən, keçmişi ilə bağlı dərc edilmiş məqalədə qeyd edilən məsələlərin “Vətən Müharibəsi Əlillərinə Kömək” İctimai Birliyi ilə birbaşa əlaqələndirilməsinin bu münaqişəli məsələ ilə heç bir yaxından, uzaqdan əlaqəsi yoxdur.
Belə bir məlumatların Qurban Məmmədovun fonunda dövriyyəyə buraxılması “Vətən Müharibəsi Əlillərinə Kömək” İctimai Birliyinin ictimai nüfuzuna ləkə gətirməkdən əlavə, birliyin cəmiyyətdəki mövqeyini gözdən salmağa yönəlib. Bu kimi dezinformasiyaların yayılmasına qara piar da demək olar.
Təsisçisi və rəhbəri Rauf Arifoğlu olan, ölkəmizin aparıcı media qurumlarından biri sayılan “Yeni Müsavat” qəzeti və onun saytında belə bir həqiqəti əks etdirməyən yazıların tirajlanması təəssüf doğurur.
Daha yaxşı olar ki, KİV-lər məqalə hazırlayarkən “Vətən Müharibəsi Əlillərinə Kömək” İctimai Birliyinin fəaliyyəti və Qurban Məmmədovun şəxsi həyatı ilə bağlı məlumatları dəqiq mənbələrdən əldə edərək, peşəkar jurnalistika prinsiplərini əsas götürərək şəxsin özü ilə əlaqə saxlayıb, qarşı tərəfin mövqeyini öyrəndikdən sonra tirajlasınlar. Peşəkar, obyektiv, qərəzsiz jurnalist araşdırması apardıqdan sonra işıqlandırsınlar.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR