Alimlər yeni koronavirus yaratdılar:

Amerikalı və İsveçrəli tədqiqatçılar, virusla eyni, lakin yoluxucu olmayan, özünü təkrarlayan RNT-lər olan koronavirus replikonlarını yaradıblar.

Metbuat.az xarici KİV-ə istinadla xəbər verir ki, tədqiqatçıların bu addımı atmasına səbəb SARS-CoV-2 kimi yoluxucu bir virusun təsirini öyrənmək olub. Mütəxəssislər bunu bio təhlükəsizlik laboratoriyalarında ciddi protokollara uyğun olaraq etmək məcburiyyətində qalıblar. Proses zamanı alimlər virusun həyat dövrünün demək olar ki, hər aspektini öyrənən biləcəklər.Tədqiqat zamanı,yaranan genom, virusun hüceyrələrə nüfuz etməsi və yoluxmaya imkan verən S -zülalı və s bütün amilləri nəzərdə saxlaya biləcəklər.

Viroloqlar ümid edirlər ki, onların təcrübələri elm adamlarına koronavirusun əvvəllər bilinməyən bir çox detalları anlamağa kömək edəcək, həmçinin COVID-19-a qarşı dərmanların effektivliyini də təsir edəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR