"Azəriqaz" qazın qiymətinin qalxmasının səbəbini

Azərbaycanda təbii qazın qiymətinin qiymətinin qalxmasının bir çox obyektiv və subyektiv səbəbləri var.

Metbuat.az xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyinin Baş direktoru Ruslan Əliyev bildirib.

Ruslan Əliyev deyib ki, ilk növbədə dövlət zərərlə işləyən və büdcəyə yük olan sahələri iqtisadi asılılıqdan çıxarmağa çalışır:

"Birinci səbəb odur ki, istehlakçı sayının çoxalması dövlətin xərclərinin artmasını qaçılmaz edir. Digər səbəb isə beynəlxaq bazarda qaz və qaz avadanlıqlarının bahalaşmasıdır. Koronavirus pandemiyasının nisbətən azalması fonunda dünya bazarında canlanma müşahidə olunur ki, bu da bahalaşmanı şərtləndirən amillərdən biridir”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR