“Qarabağ” - “Kayrat” matçının biletləri satışa çıxarılır

Futbol üzrə Avropa Konfrans Liqasının qrup mərhələsinin 3-cü turunda keçiriləcək “Qarabağ” – “Kayrat” (Qazaxıstan) oyununun biletləri oktyabrın 17-dən satışa çıxarılacaq.

Metbuat.az xəbər verir ki, biletlərin qiyməti müvafiq olaraq 3, 5, 10, 50 və 75 manat təşkil edir.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyunda COVID-19 pandemiyası ilə əlaqədar stadion tutumunun 50 faizi qədər azarkeş tribunalara buraxılacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR