Həyəcan təbili: İran etiraf etdi -

İranda ciddi ərzaq böhranı yaşanır.

Metbuat.az İran mənbələrinə istinadən xəbər verir ki, Sistan, Bəlucistan, Cənubi Xorasan, Buşehr, Kerman daha 3 vilayət daxil olmaqla ümumilikdə 8 əyalətdə ərzaq çatışmazlığı yaranıb. Bunu rəsmi dairələr də təsdiq edir.

Səhiyyə Nazirliyi məsələ ilə bağlı xəbərdarlıq edib. Bildirilir ki, digər vilayətlərdə də oxşar hal yaşansa da, 8 bölgədə vəziyyət daha çətindir. Açıqlamaya görə, ərzaq böhranın yaranmasında pandemiya, qiymət artımı və inflyasiya rol oynayıb. Bildirilir ki, çətinliyin aradan qalxması üçün bəzi addımlar atılsa da, nəticə əldə etmək mümkün olmayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR