Ərdoğan Afrikada səfərdədir

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Afrikada səfərdədir.

Metbuat.az TRT Haber-ə isitnadən xəbər verir ki, prezident xüsusi təyyarəsi ilə Anqolanın paytaxtı Luandaya gedib. Belə ki, o, bu gün Anqola Prezidenti Lourenço tərəfindən prezident sarayında rəsmi mərasimlə qarşılanacaq.

Qeyd edək ki, Ərdoğanın Afrikadakı səfəri 4 gün davam edəcək. Prezidentlə birlikdə xanımı Əminə Ərdoğan, xarici işlər naziri Mövlud Çavuşoğlu, enerji və təbii Sərvətlər naziri Fatih Dönmez,müdafiə naziri Hulusi Akar, ticarət naziri Mehmet Muş, AK Partiya sözçüsü Ömər Çelik, AK Partiya ümumi başçı köməkçisi Efkan Ala, prezident administrasiyasının kommunikasiya idarəsinin rəhbəri Fahrettin Altun və prezidentin sözçüsü İbrahim Kalın da Luandaya gedib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR