Suriyada mühüm hadisə: Nəhayət razılığa gəldilər -

Suriyada yeni konstitusiyanın hazırlanması üçün prosesin başladılması barədə razılığa gəlinib.

Metbuat.az xəbər verir ki, bu barədə BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Qeyr Pederson açıqlama verib. O bildirib ki, tərəflər ilk dəfə belə razılıq əldə edib. Məlumata görə, Əsəd rejimini, qeyri-hökumət təşkilatlarını və müxalifəti təmsil edən edən nümayəndələr sabah bir araya gələcək. Bu tərəflər arasında 8 ay yarımdan sonra ilk görüş olacaq.

Qeyd edək ki, bundan əvvəl tərəflər 5 dəfə görüşsə də, yeni konstitusiyanın hazırlanması üçün prosesin başladılmasına dair razılığa gələ bilməmişdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR