Motosiklet oğurlayarkən şəhəri ayağa qaldırdı -

Avstraliyanın Kvinslend vilayətində 41 yaşlı şəxs motosiklet oğurlamaq üçün olduqca səs-küylü üsul seçib.

Metbuat.az xəbər verir ki, o, gecə saatlarında yük maşını ilə iri mağazanın şüşələrini sındıraraq, vitrindəki iki motosikleti ələ keçirib. Hadisənin görüntüləri mağazanın müşahidə kamerası tərəfindən lentə alınıb.

Məlum olub ki, şübhəli soyğun zamanı istifadə etdiyi yük maşınını da yaxınlıqdakı şirkətdən oğurlayıb. Silsilə oğurluq hadisələri törədəndən sonra ərazidən uzaqlaşmaq istəyən 41 yaşlı, şəxs çox uzağa gedə bilməyib. Polisin təqibindən sonra motosikletləri yolda atan şübhəli, yük maşını ilə aradan çıxmağa çalışıb. Lakin yük maşını ilə polisdən uzaqlaşa bilməyəcəyini görən 41 yaşlı şəxs, piyada qaçmaq qərarına gəlib. Bununla belə, o polisdən yaxasını qurtara bilməyib. Dərədə gizlənən şübhəli, həbs edilib.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR