Bəxtiyar Hacıyevin saxlanılması ilə bağlı

İctimai fəal Bəxtiyar Hacıyevin saxlanılması barədə məlumat yayılıb. Onun Səbail RPİ-nin 9-cu Polis Bölməsində olduğu bildirilib.

Metbuat.az xəbər verir ki, məsələ ilə bağlı DİN Mətbuat xidmətinin rəisi Ehsan Zahidov “Qafqazinfo”ya açıqlama verib.

O, Bəxtiyar Hacıyevin saxlanılması barədə məlumatı təsdiqləyib:

“Onunla profilaktik söhbət aparıldıqdan sonra buraxılıb”.

Qeyd edək ki, B.Hacıyev sosial şəbəkə hesabında təkadamlıq aksiya keçirəcəyi ilə bağlı məlumat yaymışdı.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR