Bu il ölkəyə 64,9 mindən çox maşın gətirilib

Yanvar-sentyabr aylarında Azərbaycana 659 milyon 508 min ABŞ dolları dəyərində 64 min 954 avtomobil idxal olunub.

Dövlət Gömrük Komitəsindən Metbuat.az-a verilən məlumata görə, ölkəyə gətirilən avtomobillərin 141-i sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitəsi, 60 min 578-i əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobili və digər motorlu nəqliyyat vasitəsi, 4123-ü yük daşımaq üçün motorlu nəqliyyat vasitəsi, 112-si isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitəsidir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR