İsveçrədə üzərində “Xarıbülbül” olan poçt markası buraxılıb -

İsveçrədə Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 30 illiyi münasibətilə üzərində Zəfərin rəmzi “Xarıbülbül” təsviri olan poçt markası buraxılıb. Bu barədə razılaşma Azərbaycan səfirliyi ilə bu ölkənin dövlət poçt müəssisəsi olan “İsveçrə Poçt” Səhmdar Cəmiyyəti (“Schweizerische Post“ AG) arasında əldə edilib.

Azərbaycanın İsveçrədəki səfirliyindən Metbuat.az-a verilən məlumatda bildirilir ki, həmin poçt markaları qeyri-kommersiya məqsədilə buraxılıb və səfirlik tərəfindən istifadə ediləcəkdir. Eyni zamanda bu markalar başqa maraqlı tərəflərə göndəriləcəkdir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR