Elnur Əşrəfoğlunun vəziyyəti ağırlaşdı

Tanınmış jurnalist Elnur Əşrəfoğlunun vəziyyəti daha da ağırlaşıb.

Metbuat.az xəbər verir ki, bu barədə “modern.az”a onun həyat yoldaşı İlahə Şükürova bildirib.

İ.Şükürova səhər saatlarında həkimlərin bu barədə onları məlumatlandırdığını deyib: “Zəng edib dedilər ki, irəliləyiş yoxdur, daha da pisləşib”.

Xatırladaq ki, bir müddət əvvəl koronavirusa yoluxan jurnalistin vəziyyəti ağır olduğundan ECMO cihazına qoşulmuşdu.

Daxili orqanlarında qanaxma başladığı üçün oktyabrın 11-də cihazdan ayrılıb. Buna baxmayaraq, həkimlər xəstənin müxtəlif orqanlarında qanaxmanın dayanmadığını açıqlayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR