SON DƏQİQƏ: Bakıdan qalxan təyyarə İrəvana uçdu:

Azərbaycan Bakıda saxlanılan daha 5 erməni diversantı qarşı tərəfə təhvil verib.

Metbuat.az xəbər verir ki, bu barədə erməni mediası yazıb. Proses Rusiya sülhməramlı kontingentinin keçmiş komandanı Rüstəm Muradovun vasitəçiliyi ilə baş tutub. Qaytarılanlar Ambardanyan Mels Karapetoviç, Karapetyan Rafik Robertoviç, Manukyan Jora Vanoeviç, Manukyan Ovsep Robertoviç, Soqomonyan Sedrak Samveloviçdir.

Qeyd edək ki, sonuncu dəfə sentyabrın 7-də Azərbaycan Ermənistana 2 ermənini təhvil vermiş, əvəzində isə Cəmil Babayev ölkəmizə qaytarılmışdı.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR