Narkotikdən istifadə zamanı şoka düşüb öldü

Bərdədə 36 yaşlı kişi narkotikdən ölüb.

Metbuat.az-ın məlumatına görə, rayonun Füzuli küçəsində yaşayan 1985-ci il təvəllüdlü Vəliyev Zaur Əliyar oğlu narkotik maddədən istifadə zamanı şoka düşüb.

Kömək göstərilsə də, Z.Vəliyevin vəziyyəti pisləşib. Yaxınları onu xəstəxanaya çatdırsalar da, xəstənin həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR