33,8 milyonluq yardım

33,8 milyonluq yardım
12:26 25 Dekabr 2014
71 Dünya
Ölkə mətbuatı
A- A+

Avropa İttifaqı və Avropa Şurası Şərq Tərəfdaşlığı ölkələrində insan hüquqlarına yardım göstərəcək.

ANS PRESS Avropa Şurasının məlumatına əsasən xəbər verir ki, Avropa Şurası və Avropa İttifaqının (Aİ) Komissiyası “Şərq Tərəfdaşlığı” proqramına daxil olan altı ölkə ilə insan hüquqlarının, demokratiya və qanunun aliliyinin inkişaf etdirilməsinə yardıma yönəldilmiş əməkdaşlıq haqqında yeni saziş imzalayıb.

Saziş 2015-2017-ci illərdə “Şərq tərəfdaşlığı” proqramının iştirakçısı olan ölkələrdə - Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan, Moldova və Ukraynada birgə proqramların maliyyələşdirilməsinə 33,8 mln. avro ayrılmasını nəzərdə tutur.

Saziş Brüsseldə Avropa Şurası baş katibinin müavini Qabriella Battaina-Draqoni və Avropa Komissiyasının qonşuluq məsələləri üzrə direktorluğunun rəhbəri Mikael Köhler tərəfindən imzalanıb. Sənədin imzalanması Avropa Şurası və Avropa İttifaqı arasında 2014-cü ilin aprelində başlamış yeni strateji əməkdaşlığın bir hissəsidir.

Məlumatda deyilir ki, “Şərq Tərəfdaşlığı” ölkələrində layihələrin maliyyələşdirilməsinin xeyli artırılması əvvəlki illərdə belə proqramların həyata keçirilməsinin müsbət nəticələrini göstərir.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=316198

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR