Bir ailə dəhşətli qəzaya düşdü: ata-oğul yaralandı, ana yanıb öldü

Bir ailə dəhşətli qəzaya düşdü: ata-oğul yaralandı, ana yanıb öldü
00:41 19 Yanvar 2015
93 Digər
Ölkə mətbuatı
A- A+

Yevlax rayonu ərazisində iki avtomobil toqquşub, ölən və xəsarət alanlar var.

ANS PRESS APA-ya istinadən xəbər verir ki, hadisə Aran-Mingəçevir avtomobil yolunun 11-ci kilometrliyində qeydə alınıb.

Aran qəsəbəsi istiqamətində hərəkətdə olan Yevlax rayon sakini, 1979-cu il təvəllüdlü Firuz Cəfərovun idarə etdiyi “Mercedes” markalı minik maşını qarşı tərəfdən gələn, Goranboy rayin sakini, 1988-ci il təvəllüdlü Həsənov Allahverdi Qədim oğlunun idarə etdiyi 22-BJ-603 dövlət nömrə nişanlı, “VAZ-2107” markalı minik avtomobili ilə toqquşub.

Toqquşma zamanı “VAZ-2107” markalı maşın alovlanıb. Avtomobildə sıxılıb qalaraq ağır yanıq xəsarətləri alan sərnişin, sürücünün anası, Goranboy rayon sakini, 1961-ci il təvəllüdlü Həsənova Naibə Musa qızı Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. O, xəstəxanada dünyasını dəyişib.

Hadisə yerinə FHN-nin Mingəçevir şəhər Yanğından Mühafizə Hissəsinin xilasediciləri gələrək xüsusi alət və avadanlıqların köməyi ilə avtomobildə sıxılıb qalan yaralıları çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Hadisə zamanı ağır bədən xəsarətləri alan “VAZ-2107” markalı avtomobilin sürücüsü və onun atası, 1962-ci il təvəllüdlü Həsənov Qədim Allahverdi oğlu da Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Hazırda onların vəziyyəti ağır olaraq qalır.

Faktla bağlı Yevlax rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR