Azərbaycanda yeni informasiya agentliyi fəaliyyətə başlayıb

“İqtidar.az” İnformasiya Agentliyi 2021-ci ilin avqust ayından etibarən yayıma başlayıb.

Metbuat.az xəbər verir ki, agentlik ictimai-siyasi, sosial-iqtisadi məzmunlu informasiya və analitik materialların yayımına üstünlük verir.

Agentliyin qurucusu və baş redaktoru tanınmış jurnalist, “Həsənbəy Zərdabi”, “Qızıl qələm” media mükafatları laureatı, 1996-cı ildən 2001-ci ilədək Mətbuat və İnformasiya Nazirliyinin “KİV-in fəaliyyətinin tənzimlənməsi baş idarəsi”nin rəis olmuş Mədət Məmmədovdur.

Həmkarlarımıza uğurlar arzulayırıq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR