x
Loading...

Xalq artisti koronavirusa yoluxduğunu inkar edir - AÇIQLAMA

Mətbuatda Xalq artisti Canəli Əkbərovun və həyat yoldaşının koronavirusa yoluxması ilə bağlı xəbərlər yayılıb.

Metbuat.az xəbər verir ki, bu haqda Baku.ws-ə açıqlama verən sənətçinin qızı Sevinc xanım məlumatların yalan olduğunu, atasının koronavirusa yoluxmadığını bildirib. O, Xalq artistinin insult keçirdiyinə görə müəyyən müddətdən bir xəstəxanada müalicə aldığını deyib.

Xatırladaq ki, mətbuatda 81 yaşlı Canəli Əkbərovun virusa yoluxduğu, ev şəraitində müalicə aldığı və vəziyyətinin ağır olduğu haqqında məlumatlar yer alıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR