Cəlilabadda uşaq bağçası yandı

Cəlilabad rayonunda uşaq bağçasında yanğın olub.

Metbuat.az xəbər verir ki, hadisə rayonun Kazımabad kəndində qeydə alınıb.

Yanğının qarşısının alınması üçün hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri cəlb olunub. Yanğın söndürülüb.

Yanğın zamanı xəsarət alan olmasa da, uşaq bağçasına ciddi ziyan dəyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR