x
Loading...

Canəli Əkbərovun VƏZİYYƏTİ AĞIRLAŞDI - "Danışa bilmir, adam tanımır"

Xalq artisti Canəli Əkbərovun səhhəti ağırlaşıb.

Metbuat.az xəbər verir ki, bu barədə Lent.az-a muğam ifaçısının kürəkəni Nurəddin Salayev məlumat verib.

O, bildirib ki, C.Əkbərovun vəziyyəti yaxşı deyil: “Sosial şəbəkədə Canəli bəyin ağzında maska ilə şəkli yayılıb. Həmin foto 2019-cu ildə Mərkəzi klinikada müalicə olunan zaman çəkilib, sosial şəbəkədə yayılıb. Elə ona görə də yazıblar ki, koronovirusa yoluxub. Əslində koronovirusa yoluxmayıb. Yazılanlar yalandır. Canəli bəy 6 aydır danışa bilmir. Çox nadir hallada insanı tanıya bilir. Ağır xəstədir, 3 ildir beyin insultu keçirib. Evdə müalicə alır. Vəziyyəti o qədər ağırdır ki, xəstəxanaya yerləşdirə bilmirik”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR