Pakistanda xalq ayağa qalxdı: Fransız səfirin ölkədən

Pakistanın Lahor şəhərində Fransa səfirinin ölkədən qovulması tələbi ilə aksiya keçirilib.

Metbuat.az xəbər verir ki, Tehreek-e-Labbaik Pakistan partiyasının tərəfdarları tərəfindən keçirilən aksiya zamanı səfirin qovulması ilə yanaşı, Fransa məhsullarının boykot edilməsinin təsdiq edilməsi tələb olunur. Həmçinin aksiya iştirakçıları26 yaşlı partiya lideri Səəd Rizvinin sərəbəst buraxılmasını tələb edir.

Aksiya iştirakçıları bəyan edib ki, onların tələbləri yerinə yetirilməsə irimiqyaslı aksiyalar üçün çağırışlar edəcəklər.

Qeyd edək ki, Tehreek-e-Labbaik Pakistan partiyası uzun müddətdir bu tələbləri irəli sürür.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR