Rumıniyada hökumət böhranı - Yeni nazirlərə etimad göstərilmədi

Rumıniyanın yeni hökuməti etimad səsverməsi zamanı cəmi 88 deputatın səsini ala bilib.

Metbuat.az xəbər verir ki, oktyabr ayının 6-da Baş nazir Florin Citu hökumətinin hakimiyyətdən getməsindən sonra prezident Klaus İohannis Dacian Cioluşa etimad göstərmişdi. Lakin onun qurduğu hökumət də etimad səsverməsində lazım olan səsi toplaya bilməyib.

Ciloşun formalaşdırdığı hökumətin etimad səsverməsindən etibarlı çıxa bilməsi üçün 234 deputatın səsi lazım idi. Bundan sonra atılacaq addımlara prezident qərar verəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR