Azərbaycanlı baş məşqçi İranın yüksək liqa klubundan təklif alıb

"Qəbələ"nin sabiq baş məşqçisi Ramiz Məmmədov İrandan daha bir təklif alıb.

Metbuat.az xəbər verir ki, bu barədə "Report"a 53 yaşlı mütəxəssisin özü məlumat verib. Məmmədovun sözlərinə görə, ölkə çempionatının yüksək liqasında çıxış edən klublardan biri onun xidmətində maraqlıdır.

Lakin baş məşqçi həmin komandanın adını açıqlamaq istəmədiyini bildirib: "Komandalardan 3-ü - “Şahin”, “Maşinsazi” və “Saypa” I liqanı, biri isə yüksək liqanı təmsil edir. Alınsa, yenidən orada işləyəcəyəm".

Məmmədov bir neçə gün öncə İrana getsə də, danışıqlar prosesində iştirak etmədiyini söyləyib: "7 - 9 oktyabrda İranda olmuşam, amma klub rəhbərliyi ilə görüşməmişəm. Prosesləri izləmək üçün getmişdim. Danışıqlarda menecer iştirak edir. Artıq çempionat başlamaq üzrədir. Yəqin ki, yaxın günlərdə məsələyə aydınlıq gələcək".

Qeyd edək ki, Ramiz Məmədov daha əvvəl "Qəbələ" və "Keşlə"yə, həmçinin Qazaxıstanın "Atırau" komandasına başçılıq edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR