Bakıda birmərtəbəli ev yandı

Bakının Suraxanı rayonunda ümumi sahəsi 30 m² olan birmərtəbəli evin yanar konstruksiyaları və dam örtüyü 20 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Metbuat.az-a verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR