Çin gəmiləri Yaponiya ərazisinə daxil oldu

Çinə məxsus sahil mühafizə gəmiləri Yaponiyanın öz ərazisi hesab etdiyi mübahisəli sulara daxil olub.

Metbuat.az xəbər verir ki, bu barədə Yaponiyanın rəsmi mənbələri açıqlama yayıb. Bildirilib ki, Çinin 4 gəmisi 2 saat ərzində Yaponiya sularında qalıb. Yaponiya Sahil Mühafizə Xidmətinin xəbərdarlığından sonra Çin gəmiləri ərazidən uzaqlaşıb.

Qeyd edək ki, son həftələrdə Çinin bölgədə fəallığı artıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR