x
Loading...

Azərbaycanda kişi arvadını başqası ilə tutdu: “Beş min manat verirəm, get...” - VİDEO

Şəki şəhərində ər arvadını başqa kişi ilə öz evində tutub.

Metbuat.az "oxu.az"a istinadən xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Ev sahibi “qonağ”a hər şeyi etiraf etməyin qarşılığında ona zorakılıq göstərməyəcəyini vəd verib.

O qeyd edib ki, arvadı həmin şəxslə gedə bilər:

“Türkan, istəyirsənsə, mən halalığını verirəm, qoşum səni bunun qoluna, get. Beş min manat aliment verməyə hazıram”.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov bildirib ki, videoda görünən şəxslər və yaxınları bir -birilərindən qarşılıqlı şikayət ərizələri ilə Şəki Şəhər Rayon Polis Şöbəsinə müraciət ediblər:

“Hazırda Polis Şöbəsində məsələ ilə əlaqədar araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR