Yaponiyada güclü zəlzələ baş verdi

Yaponiyanın Tokaido bölgəsi sahillərində rixter cədvəli üzrə 5,8 bal gücündə zəlzələ baş verib.

Metbuat.az xəbər verir ki, bu barədə yerli mənbələr məlumat yayıb. Bildirilir ki, zəlzələ paytaxt Tokio da daxil olmaqla bir neçə şəhərdə hiss edilib.Yeraltı təkanların episentri yerin 380 kilometr dərinliyində yerləşib. Sunami xəbərdarlığı elan ediməyib. Fəsadlar barədə məlumat verilmir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR