Ərdoğanın bəyanatı Rusiyada etirazla qarşılandı - "Onları alçaltmayın"

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın “bir ovuc ölkə” sözü Rusiya tərəfindən etirazla qarşılanıb.

Metbuat.az xəbər verir ki, Kremlin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, “Bir ovuc ölkə” kimi alçaldıcı ifadə işlətmək diplomatiyada qəbul edilə bilməz.

Peskov bildirib ki, Ərdoğanın açıqlamasını türkcə oxuyub münasibət bildirmək daha doğru olar:

“Rusca tərcüməsinə baxanda, dünyanın faşizmdən xilas etmək üçün fədakarlıq edən qüvvələrin ünvanına “bir ovuc ölkə” kimi aşağılayıcı ifadə işlətmək diplomatik baxımdan qəbul edilə bilməz”.

Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğan BMT-nin quruluşu haqqında danışarkən “İnsanlığın taleyini ikinci dünya müharibəsinin qalibi olan bir ovuc ölkənin insafına buraxılmamasının tərəfdarıyıq” deyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR