Müharibə əlilləri bu rüsumu ödəməkdən

Prezident İlham Əliyev “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.

Metbuat.az xəbər verir ki, qanuna dəyişikliklə müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər məhkəməyə verilən iddia ərizələri üzrə və mənzilin (evin) alqı-satqısı zamanı dövlət rüsumu ödəməkdən azad edilib.

Qeyd edək ki, indiyə qədər bu güzəşt müharibə veteranlarına və birinci dərəcə əlilliyi olan şəxslərə şamil olunurdu.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR