x
Loading...

“Qarabağ”dan əzmkar qələbə

UEFA Konfrans Liqasının qrup mərhələsinin üçüncü turunda “Qarabağ” öz meydanda “Kayrat”ı qəbul edib.

Metbuat.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda start götürən oyunda "Kayrat" hesabı açıb. Qonaq klubun qolunu 19-cu dəqiqədə onbir metrlik cərimə zərbəsindən Jose Kante vurub.

Matçın 79-cu dəqiqəsində Ramil Şeydayev hesabı bərabərləşdirməyə nail olub. Görüşün 90+1-ci dəqiqəsində Abbas Hüseynov komandasının ikinci qolunu vuraraq "Qarabağ"ı hesabda irəli keçirib.

Beləliklə, "Qarabağ" öz meydanın möhtəşəm geri dönüş edərək "Kayrat"ı 2:1 hesabı ilə məğlub edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR