Abbas Hüseynovun göz yaşlarının səbəbi

Konfrans Liqasının qrup mərhələsinin 3-cü turunda “Kayrat”la oyunda (2:1) qələbə qolunun müəllifi olan “Qarabağ”ın müdafiəçisi Abbas Hüseynov matçdan sonra göz yaşlarını saxlaya bilməyib.

Metbuat.az xəbər verir ki, klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə Hüseynovun ötən gün nənəsinin rəhmətə getdiyini bildirib:

“Oyundan əvvəl deyirdi ki, nənəmə son nəfəsində qol sözü vermişəm! Ona görə ağlayırdı…”

Xatırladaq ki, “Qarabağ” bu qələbə ilə xalını 7-ə çatdırıb və liderliyini davam etdirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR