x
Loading...

Bu günün hava proqnozu

Oktyabrın 22-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Metbuat.az-a verilən məlumata görə, bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi gündüz arabir güclənəcək.

Havanın temperaturu gecə 11-13° isti, gündüz 16-19° isti olacaq. Bakıda gecə 11-13° isti, gündüz 16-18° isti olacaq.

Atmosfer təzyiqi 772 mm civə sütunundan 767 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq.

Oktyabrın 22-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da bəzi meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Azərbaycanın rayonlarında: Əsasən yağmursuz. Gecə və səhər bəzi yerlərdə duman. Qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 7-10° isti, gündüz 15-20° isti, dağlarda gecə 0-3° şaxta, gündüz 0-2° isti olacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR