x
Loading...

“Qarabağ” UEFA reytinqində 6 pillə İRƏLİLƏDİ

Avrokubokların qrup mərhələsinin III turu başa çatıb.

Metbuat.az modern.az-a istinadən xəbər verir ki, turun görüşlərindən sonra klubların UEFA reytinqi açıqlanıb.

Avropanın ən yaxşı 100 komandası arasında Azərbaycanın yalnız bir təmsilçisi yer alıb. Bu, Ağdamın “Qarabağ” klubudur.

Premyer Liqanın vitse-çempionu Konfrans Liqasının III turunda Qazaxıstan “Kayrat”ını 2:1 hesabı ilə məğlub edib. Bu qələbə Qurban Qurbanovun yetirmələrinin hesabına 0,500 xal gətirib.

Aktivini 21,000-a çatdıran “Qarabağ” 6 pillə irəliləyib. Bu görüşədək Avropada 69-72-ci yerləri bölüşən təmsilçimiz artıq 63-66-cı pillələrə şərikdir.

Ağdamlılar “Feyenoord” (Niderland), “Real Sosyedad” (İspaniya) və “Borussiya” (Mönhenqladbax, Almaniya) ilə eyni xala malikdir.

Qeyd edək ki, siyahıya “Bavariya” başçılıq edir – 122,000.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR