Çox güclü və sürətli Lexus GS F - FOTO

Çox güclü və sürətli Lexus GS F - FOTO
00:47 19 Yanvar 2015
346 Maraqlı
Ölkə mətbuatı
A- A+

Lexus şirkəti Detroyt avtosalonunda BMW M5 və Mercedes-Benz E63 AMG modelləri ilə rəqabət apara biləcək çox güclü və sürətli GS F biznes-sedanı təqdim edib. Yeni model konsept-kar deyil, debütündən bir neçə ay sonra satışa çıxarılacaq seriya versiyasıdır.
 
Milli.Az 4charx.com-a istinadən bildirir ki, Lexus GS F kapotu altında 467 at güclü 5,0 litrlik atmosfer mühərriki yer alıb. Güc qurğusu 8 pilləli avtomat transmissiya ilə birgə çalışır. Texniki göstəricilərinə görə bu mühərrik birbaşa rəqiblərindən geri qalır. Müqayisə üçün, BMW M5 mühərrikinin nominal gücü 552, Mercedes-Benz E63 AMG isə 550 at gücünə bərabərdir. Lakin GS F öz rəqiblərindən xeyli yüngüldür: sedanın çəkisi tam təchizatla BMW M5 –dən 115 kq, Mercedes-Benz E63 AMG –dən isə 195 kq azdır.
 
Milli.Az
















RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR