x
Loading...

Türkiyə 3 tələb irəli sürdü: Haqqımızı alacağıq - ƏRDOĞANDAN XƏBƏRDARLIQ

Türkiyə F-35 qırıcıları ilə bağlı ödədiyi 1,4 milyard qarşılığında ABŞ qarşısında 3 tələb irəli sürüb.

Metbuat.az xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyinin sözçüsü Tanju Bilgic açıqlama verib. O bildirib ki, Türkiyə ya F-35 proqramına geri qaytarılacaq, ya Türkiyəyə vəd edilən təyyarələr veriləcək, ya da pul geri qaytarılacaq. Diplomatın sözlərinə görə, Türkiyənin proqramdan ayrılması tərəflər arasında münasibətlərə yaxşı təsir göstərməyəcək.

Qeyd edək ki, prezident Rəcəb Tayyib Ərdoğan da son bəyanatında 1,4 milard dolları hansı yolla olursa-olsun alacaqlarını bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR