Aktyorun xəbəri olmadan saxta silahı odlu silahla dəyişdilər - Çəkiliş zamanı DƏHŞƏT YAŞANDI:

ABŞ-da Rust filminin çəkilişləri zamanı dəhşətli hadisə baş verib.

Metbuat.az xəbər verir ki, məşhur aktyor Alek Bolduin çəkiliş zamanı ssenariyə uyğun olaraq atəş açıb. Güllələr filmin rejissoru və digər işçiyə tuş gəlib. Nəticədə rejissor ölüb. İşçi yaralanıb. Əslində çəkiliş zamanı aktyorun əlindəki silah saxta olmalı idi. Polis silahın bilərəkdən dəyişdirildiyini istisna etmir. Hadisənin bilərəkdən ya səhvən baş verdiyi araşdırılır. Hələlik hadisə ilə bağlı saxlanılan yoxdur.

Maraqlısı budur ki, filmin sujet xətti baş verən hadisə ilə oxşarlıq təşkil edir.




Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR