SON DƏQİQƏ! Putin BƏYAN ETDİ: Xəritələr bizdədir -

"Qarabağda Rusiyanın iştirakı olmadan burada heç nə etmək mümkün deyil".

Metbuat.az xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin Soçidə Valday Forumunda çıxışı zamanı deyib. Onun sözlərinə görə, Qarabağda uzunmüddətli nizamlanmaya şərait yaratmaq lazımdır, tərəflər dinc yanaşı yaşamanın faydalarını dəyərləndirməlidir.

"Qarabağda nə zaman ki, nəqliyyat marşrutları və iqtisadi əlaqələr açılacaq, o zaman da həm Azərbaycanın, həm də Ermənistanın təhlükəsizliyinə şərait yaranacaq. Sərhəddə vəziyyəti, delimitasiya-demarkasiya məsələsini Rusiyanın iştirakı olmadan həll etmək mümkün deyil.Bizim üçün hazırda ən vacib şey sərhəddəki vəziyyəti həll etməkdir. Bunun üçün də Rusiyanın iştirakı vacibdir. Azərbaycan və Ermənistana Rusiyadan başqa heç kim lazım deyil. Çünki Rusiya ordusunun Baş Qərargahında SSRİ respublikaları arasındakı sərhədlərin haradan keçdiyini göstərən xəritələr var”.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR