Bakının mərkəzində narkomanlar yuvası:

Daxili İşlər Nazirliyi Bakının Yasamal rayonu, Zivərbəy Əhmədbəyov 10 ünvanında yerləşən tikintisi yarımçıq qalmış parklanma yerinin ərazisinə toplaşan insanların mütəmadi olaraq narkotik qəbul etdiyi iddiası ilə bağlı yayılan görüntülərə münasibət bildirib.

Metbuat.az xəbər verir ki, bu barədə oxu.az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

Onun sözlərinə görə, görüntülərdə əks olunan ərazi tam nəzarətə götürülüb:

“Həmin ünvanda neqativ halların tam aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir. Əraziyə naryad qrupu 24 saat fasiləsiz xidmətə cəlb edilib”.

Qeyd edək ki, ötən gün Baku TV-nin əməkdaşları Bakının Yasamal rayonu, Zivərbəy Əhmədbəyov 10 ünvanında yerləşən tikintisi yarımçıq qalmış parklanma olan ərazidə olublar.

İddia edilib ki, ərazidə toplaşan insanlar mütəmadi olaraq narkotik qəbul edirlər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR