ANAMA sədri:

“Minatəmizləmə qruplarının sayı artırılıb, bu işi etmək istəyən şəxslərə təlimlər keçirilir”.

Metbuat.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov Anadolu Agentliyinə müsahibəsində deyib.

ANAMA sədri bildirib ki, Türkiyənin minatəmizləmə sahəsində ixtisaslaşmış qurumları ilə davamlı təmas halındadırlar: “Türk qurumları ilə təcrübə mübadiləsi aparırıq. Azərbaycan Türkiyə ilə minatəmizləmə sahəsində əməkdaşlığı genişləndirəcək”.

V. Süleymanovun sözlərinə görə, əraziləri minalarla çirkləndirmək 1949-cu ildə imzalanan Cenevre Konvemsiyası da daxil olmaqla beynəlxalq hüququn təməl norma və prinsiplərinə ziddir: “Ermənistanın işğal dövründə döşədiyi minaların partlaması nəticəsində 7 əsgər, 26 mülki şəxs olmaqla 33 nəfər Azərbaycan vətəndaşı şəhid olub, 139 vətəndaşımız isə ağır yaralanıb”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR