Narkotacirlərdən YALAN ETİRAF:

Azərbaycanda narkotikə görə saxlanılanlardan bəziləri polisə bu yola necə düşmələri barədə ifadə veriblər.

Metbuat.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev deyib.

O bildirib ki, saxlanılan narkotacirlər polisə ifadə verərkən özlərinə belə bəraət qazandırmaq istəyiblər: “Onların çoxu özlərinə müxtəlif yollarla bəraət qazandırmağa çalışırlar. İfadələrində “Mən məsumam”, “Kasıbçılıqdan bu yola düşdük” deyə, fikirlər səsləndirirlər. Ancaq təkcə idarə etdikləri avtomobillərin qiymətləri göz qamaşdırır".

Qeyd edək ki, son zamanlar DİN tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı keçirilən tədbirlər daha da kəskin xarakter alıb. Təkcə ötən gün Bakının Suraxanı rayonunda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 48 nəfər saxlanılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR