Anasının evindən külli miqdarda oğurluq etdi -

Oktyabrın 5-dən 20-dək olan müddətdə Hacıqabul şəhəri ərazisindəki evlərin birindən 6500 manat dəyərində məişət əşyaları oğurlanıb.

Metbuat.az Daxili İşlər Nazirliyinə istinadla bildirir ki, rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən ev sahibəsinin oğlu E.Şirinov saxlanılıb. Şəxsi axtarış zamanı ondan metamfetamin götürülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR