Tolik əməkdar artistləri SƏRT TƏNQİD ETDİ:

Prodüser-aparıcı Tarix Əliyev (Tolik) Əməkdar artistlər Firuzə İbadova və Gövhər Rzayevanın imkansızlıqdan gileylənməsini tənqid edib.

Metbuat.az axsam.az-a istinadən xəbər verir ki, bu haqda Tolik "10-da görüşək" proqramında deyib. O, sənət adamlarının efirlərdə bu cür danışmasını qınayıb:

"Xalqın hesabına qazanmısınız, yığıb özünüzə 2 otaqlı ev ala bilmədiniz? "Pandemiyada qızıllarımı, brilyantımı satıb dolandım" deyir. Bəs, Əməkdar artist, qızılı olmayan nə etsin? Kasıb təbəqə nə etsin? Siz qızılı toylarımızdan, qız məclislərində ifa edib yığmısız. Dar günündə satılacaq nəyinizsə var. Yığmısınız... Siz əyyarlarla brilyant qolunuza taxanda, bunun həsrətində yaşayan xanımlar olub. Firuzə İbadova, Cavanşi müəllim (Əməkdar artist Cavanşir Məmmədov - red.) Azərbaycanda ən bahalı avtomobillərlə tanınan sevilən müğənnidir. Firuzə xanım yüz minlərlə qiyməti olan kliplər çəkdirməyib, illərin sənətkarıdır. Lentə mahnı yazdıran müğənni olub, nəyə görə borca giriblər?".

Qeyd edək ki, F.İbadova bir neçə gün əvvəl evinin şəraitsiz olmasından gileylənib. Əməkdar artist Gövhər Rzayeva isə pandemiyada bütün qızıllarını satdığını açıqlayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR