Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyi sosial tərəfdaşlarıyla birlikdə əliliyi olan şəxsləri mükafatlandırdı -

Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin təşkilatçılığı Sosial Xidmətlər Agentliyi, YAP Sabunçu təşkilatı, Boccia İdman Federasiyasının birgə təşəbbüsü və dəstəyi ilə Bakı Şəhəri Sabunçu rayonu Ramana qəsəbəsində yerləşən Əlilliyi olan Şəxslərin Peşə-Əmək Reabilitasiya Mərkəzində bir qrup əlil vətəndaşlarımızın mükafatlandırılma mərasimi keçirilib.

Mtebuat.az xəbər verir ki, mükafatlandırma mərasimində Sosial Xidmətlər Agentliyinin nümayəndəsi, Əlilliyi olan Şəxslərin Peşə-Əmək Reabilitasiya Mərkəzin direktoru Rəhilə Həsrətova, YAP Sabunçu təşkilatının sədri Misirxan Vəliyev, YAP Sabunçu təşkilatının aparat rəhbəri Rəşad Abbasəliyev, Vətən Müharibəsi Əlillərinə Kömək İçtimai Birliyinin sədr əvəzi Qalib Əliyev, ictimai birliyin sədr müavini Məcid Məmmədov, Birliyin icraçı direktoru Zamin Zeynal, Millət vəkili Əliabbas Salahzadənin köməkçisi Hikmət Bunyatov, Boccia İdman Federasiyasının Baş katibi İlham Məhərrəmov və qazilər iştirak edərək çıxış ediblər.

Çıxış edənlər bildiriblər ki, sağlamlıq imkanları məhdud gənclərin peşə reabilitasiyası ilə bağlı məsələlər Prezident cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın daima diqqət mərkəzindədir. Mərasimdə əlilliyi olan şəxslərə diqqət və qayğı yönümündə dövlət tərəfindən görülən işlərdə vətəndaş cəmiyyətilə birgə ideya və təşəbbüslərin əhəmiyyətindən danışılıb.

Natiqlər qeyd ediblər ki, əlilliyi olan şəxslərlə bağlı bütün məsələlərdə birlik və həmrəylik olduqca vacibdir.

Birliyin icraçı direktoru Zamin Zeynal çıxış edərək bildirib ki, Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyi tərəfindən Prezident cənab İlham Əliyevin ictimai siyasət kursunu əsas götürərək Dövlət QHT münasibətləri fonunda Əlilliyi olan vətəndaşlarımıza ictimai, sosial, mənəvi dəstəklə bağlı tədbir və layihələr gələcəkdə davam etdiriləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR