x
Loading...

Təbrizin valisi farsca çıxışa başladı, dərhal döyüldü - VİDEO

İranın Şərqi Azərbaycan əyalətinin yeni valisi Abedin Xürrəm çıxışı zamanı naməlum şəxsin hücumuna məruz qalıb.

Metbuat.az xəbər verir ki, Xürrəmin yeni vali kimi təqdimatından sonra o, tribunaya qalxaraq nitqinə başlayıb. Lakin elə bu zaman naməlum şəxs səhnəyə çıxaraq siyasətçiyə şillə vurub. Daha sonra təhlükəsizlik işçiləri həmin şəxsi zaldan çıxarıb.

Qeyd edək ki, mərasimdə daxili işlər naziri Əhməd Vahidi də iştirak edib. İnsidentdən sonra tribunaya qayıdan Xürrəm “Mən bu adamı tanımıram” deyib. Vali onu vuran adamı bağışladığını da sözlərinə əlavə edib.

Xatırladaq ki, Xürrəm son dörd il ərzində Şərqi Azərbaycan əyalətində İslam İnqilabı Keşikçiləri Korpusunun komandiri vəzifəsində çalışıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR