Abdullahian Azərbaycanla münasibətlərdən yazdı

"İran İslam Respublikası ilə Azərbaycan Respublikası müştərək dəyərlərə malik olan iki qonşu və müsəlman ölkələrdir“.

Metbuat.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian özünün tviter hesabında yazıb.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla səmərəli telefon danışığını xatırladan H.Ə.Abdullahian qeyd edib ki, iki dövlət və xalq arasındakı münasibətlər qarşılıqlı hörmətə və ehtirama əsaslanaraq davam edəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR