"Zelenski özünü alçaldıb, Putinlə görüşə getməlidir"-

"Ukrayna prezidenti Vladimir Zelenski ölkədəki qaz qıtlığına görə “özünü alçaltmalı” və rusiyalı həmkarı Vladimir Putinlə görüşə getməli olacaq".

Metbuat.az xəbər verir ki, bu açıqlamanı Politoloq Dmitri Korneyçuk "NASH" telekanalının efirində bildirib. Onun fikrincə, Ukrayna lideri yayda Rusiyadan birbaşa tədarük üçün ssenari hazırlamağa başlayıb, o zaman mavi yanacaq ehtiyatları ilə bağlı gələcək çətinlikləri əvvəlcədən görüb.

"Zelenski ictimai rəyi Putinlə görüş üçün hazırlayır, çünki biz başa düşürük ki, qarşıdan qış gəlir" Korneyçuk izah edib. Ekspert onu da bildirib ki, Moskva tezliklə “Şimal axını 2” layihəsini işə salacaq və onun iddia etdiyi kimi, guya Ukrayna ərazisindən qaz tranzitini azaldacaqdır. Korneyçuk belə qənaətə gəlib ki, Zelenskinin Putinlə görüşü yalnız Rusiya prezidentinin istədiyi zaman baş tutacaq.

Qeyd edək ki, Ukrayna 2015-ci ilin noyabrından Rusiyadan birbaşa qaz almadı. Rusiya qazının Ukrayna ərazisindən tranzitinə dair müqavilə 2024-cü ilin sonuna qədər qüvvədədir. Bununla yanaşı, Kiyev ildə iki milyard dollar itirmək istəmədiyi üçün yeni uzunmüddətli müqavilə imzalamaqda israrlıdır. Rusiya nümayəndələri dəfələrlə Ukrayna ərazisindən tranziti davam etdirməyə hazır olduqlarını bəyan ediblər, lakin bu məsələ Ukraynanın qaz nəqli sisteminin iqtisadi məqsədəuyğunluğu və texniki vəziyyəti əsasında həll edilməlidir.

Gülbəniz Hüseynli / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR